Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.
Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.