Mərakeşdə 5 günə yaxın 32 metrlik quyuda qalan uşaq ölüb

Mərakeş Kralı VI Məhəmməd fevralın 1-də 32 metrlik quyuya düşən Rayan adlı uşağın öldüyünü açıqlayıb.

AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, VI Məhəmməd ölən uşağın ailəsinə zəng edərək başsağlığı verib.

Bildirilir ki, uşaq bu gün quyudan çıxarılıb və xəstəxanaya aparılıb. Bir müddət sonra dövlət KİV-ləri uşağın öldüyünü açıqlayıb.


Qeyd edək ki, fevralın 1-də Rayan adlı uşaq Mərakeşin İqran kəndində 32 metr dərinliyi olan quyuya düşüb. 5 yaşlı uşağın xilas edilməsi üzrə irimiqyaslı xilasetmə əməliyyatı başlanılıb. Quyunun diametrinin 45 santimetr olduğundan uşağı iplə çıxarmaq mümkün olmayıb. Xilasedicilər son 4 gün ərzində uşağı quyudan çıxarmaq üçün sözügedən quyuya paralel olaraq daha bir quyu qazıblar. Uşağı quyudan xilasetmə əməliyyatının 5-ci günündə çıxarmaq mümkün olub.