Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.
AzerTimes xəbər verir ki, bu barədə “Menadefense” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib, onlardan bəzilərinin ölkənin Baş naziri Petr Fialanın tanklara imza qoyduğu zaman fotosu çəkilib.
Vurğulanır ki, Krallığın xidmətdə bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb. Jurnalistlərin sözlərinə görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib.
Ehtimal olunur ki, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində “Abrams” tankları ala bilər.