Mərakeş ölkəyə daxil olmaq üçün “PCR” testinin təqdim edilməsi tələbini ləğv edib

Mərakeş hökuməti ölkəyə daxil olmaq üçün “PCR” testinin
cavabının təqdim edilməsi tələbini ləğv etmək qərarına gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinəti bildirib.

Məlumata əsasən, hakimiyyət orqanlarının bu qərarı “Mərakeşdə
epidemik vəziyyətin yaxşılaşması nəzərə alınmaqla fövqəladə sanitar
vəziyyətin idarə edilməsi ilə bağlı hüquqi normalar əsasında” qəbul
edilib.

Mərakeşə indiyə qədər daxil olmaq üçün təyyarəyə minməzdən 48
saatdan az bir müddət əvvəl “PCR” test mənfi nəticəsinin təqdim
edilməsi tələb olunub.