Mərakeş hakimiyyəti son aylarda Təl-Əvivdə səfirliyinin açılmasını istəyir. Lakin onlar belə bir şərt irəli sürürlər ki, Qərbi Saxara İsrail tərəfindən krallığın bir hissəsi kimi tanınsın.
AzerTimes xəbər verir ki, bu barədə Amerikanın “Aksios” portalı İsrailin siyasi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Keçmiş və indiki məmurlar arasında olan mənbələrə görə, hələlik İsrail hökuməti məsələ ilə məşğul olmamaq qərarına gəlib:
“İsrail XİN-i hesab edir ki, Mərakeş tərəfi krallıqdakı tənqidlərə görə Təl-Əvivdə tam səfirlik açmamaq üçün tanınma məsələsindən bəhanə kimi istifadə edir. İsrail rəsmiləri ölkənin yeni hökumətinin Qərbi Saxaranı Mərakeşin bir hissəsi kimi tanımaqda problem yaşamayacağına inanır və İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın aylarda krallığa səfər edəcəyini təxmin edirlər”.