Sosial şəbəkələrdə Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən Ximki şəhərinin meri Dmitri Voloşinin 9 May – Qələbə günü münasibətilə sakinlər qarşısında təbrik çıxışı qızğın müzakirələrə səbəb olub.
“Rodina” stadionunda yağış altında tribunalara toplaşan sakinlər merin kəkələyərək çıxış cəhdini gülüşlərlə qarşılayıblar. Onlar əmindirlər ki, mer həmin gün sərxoş olub.
Mer özü isə çıxışındakı anlaşılmazlıqları stadionda quraşdırılmış mikrofonun nasazlığı ilə izah edib.
Bəzi mənbələrə görə, bu hadisədən sonra Ximki şəhər administrasiyasının mədəniyyət şöbəsinin rəisi Tatyana Jukova vəzifəsindən uzaqlaşdırılıb.