Məqsədimiz Rusiyanı da bu prosesə qoşmaqdır – İsveçrə

Məqsədimiz Rusiyanı da bu prosesə qoşmaqdır – İsveçrə

Ukrayna münaqişəsi üzrə İsveçrə sülh təşəbbüsünün məqsədi Rusiyanı danışıqlar prosesinə cəlb etməkdir.

AzerTimes xəbər verir ki, bunu İsveçrə xarici işlər naziri İqnatsio Kassis SRF televiziyasına müsahibəsində bildirib.

“Bu təşəbbüsün məqsədi Rusiyanı iştiraka cəlb etməkdir. İdeya ondan ibarətdir ki, bu sülh konfransına yol açacaq və Rusiya mütləq bu yola qoşulmalı olacaq. Mən artıq yanvarda Davosda demişdim ki, Rusiyasız sülh olmayacaq. Mənim mövqeyim dəyişməyib”, – Kassis qeyd edib.

Teqlər: