Məqsədimiz Azərbaycan və Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır – Səfir

Bizim məqsədimiz Azərbaycan və Böyük Britaniya xalqları arasında
möhkəm əlaqələr qurmaqdır.

Trend-in
məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Şarp “Nargis” Fondu tərəfindən təşkil olunmuş və Novruz
bayramına həsr olunan yarmarka zamanı deyib.

C.Şarp qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında
təkcə diplomatik deyil, həm də təhsil, idman və ticarət sahələrində
münasibətlər qurulub.

Səfir əlavə edib ki, bu yarmarkada toplanan vəsait “United Aid
for Azerbaijan” (UAFA) fonduna köçürüləcək.

Xatırladaq ki, Böyük Britaniya səfirliyi bu il ölkələr arasında
diplomatok münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
çoxsaylı tədbirlər keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: