Ukrayna Rusiya ordusunun daxilində xaos yaratmaq məqsədi daşıyan əks-hücum əməliyyatı keçirir. Zərbələr işğal olunmuş ərazilərin dərinliklərində olan təchizat yolları boyunca endirilir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Krımdakı bazalara edilən hücumlar kimi yaxın iki-üç ay ərzində daha çox hücumlar ola bilər:
“Bizim strategiyamız logistikanı, təchizat xətlərini, silah-sursat anbarlarını və digər hərbi infrastrukturu məhv etməkdir. Bu, onların arasında xaos yaradır”.