“Meqasiti”də azyaşlı hovuzda boğularaq öldü

“Meqasiti”də azyaşlı hovuzda boğularaq öldü

Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Meqasiti” fitness və spa mərkəzində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: