Mənzillərin qiymətləri bahalaşıb

Mənzillərin qiymətləri bahalaşıb

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.

Bu barədə konsaltinq şirkətinin direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, may ayında təkrar mənzil bazarındakı qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.

N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: “İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb”.

Ekspert bildirib ki, yaz aylarında, adətən, daşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: “Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.