Yasamal rayonunda mənzildə 74 yaşlı qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.