Mənzil təminatı üçün növbəyə duranların siyahısı ƏƏSMN-ə təqdim edilib

Xəbər - İlhamə İsabalayeva-Trend:

Vətən müharibəsində şəhid olan şəxslərin ailə üvzləri mənzil təminatı üçün yerli icra orqanları tərəfindən növbəyə götürüldükcə onların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) təqidm olunur.

AzerTimes-ın məlumatına görə, bunu ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov deyib.

Onun sözlərinə görə, imtiyazlı qrupa aid olan vətəndaşın yaşayış şəraiti Mənzil Məcəlləsində göstərilən normalardan aşağıdırsa, o, mənzil təminatı üçün növbəyə alınır.

V.Behbudov qeyd edib ki, 2014-cü ildən bugünə kimi növbəyə götürülən şəxslərin hamısının siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən artıq ƏƏSMN-ə təqdim edilib. Nazirlik növbəliliklə həmin şəxslərin mənzil təminatını həyata keçirəcək: “Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binalar ƏƏSMN-ə təhvil verildi. Ramana qəsəbəsindəki yaşayış kompleksi artıq istifadəyə verilib. Həmin yaşayış kompleksində 100 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib”.

Teqlər: