Məntəqədə çəkiliş olmaz? Belə fikir səsləndirməmişəm!

Məntəqədə çəkiliş olmaz? Belə fikir səsləndirməmişəm!

Tərəflərin razılığı olmadan məntəqədə çəkiliş aparmaq olmaz.

AzerTimes Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

“Bizim iclasımızda məntəqələrdə çəkiliş aparılmasının qadağan olunacağı deyilməyib. “Azərbaycan” qəzetində, ayrı-ayrı saytlarda belə xəbərlər yazılıb. Mən bildirmişəm ki, kim istəmirsə, kadra düşməsin – onu çəkmək olmaz.

“Məntəqədə heç bir çəkiliş aparmaq olmaz” deyə bir fikir səslənməyib. Biz qanuna nöqtə-vergülünə qədər əməl etməyə çalışırıq”, – MSK sədri əlavə edib.

Teqlər: