Şükür bugünə – artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu oynayıb. Əlbəttə, arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri xalq artisti Mənsum İbrahimov Qaçqın və Məcburi Köçkünlərin hazırladığı videoçarxda bildirib.
Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinə və onların Qarabağda əbədi yaşayacaqlarına inamını ifadə edib.