“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb.
“Təəssüf hissi ilə bildiririk ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir”, – deyə o bildirib.