Xəbər - Ceyhun Ələkbərov – Trend:
Salyan rayonu ərazisində 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Salyan rayonu ərazisində Biləsuvar rayon Bəydili kənd sakini Əzizli Seymur Teymur oğluna məxsus Mercedes E220 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa, şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.