Ukrayna xüsusi xidmət orqanları mənim dünyada səyahət etmək imkanlarını bağlayır və elə bilirlər ki, mən buna kədərlənəcəyəm.
AzerTimes xəbər verir ki, bunu “Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Gedə bilməsəm kədərlənəcəyim yeganə yer doğma Krasnodar diyarıdır”, – Simonyan bildirib.
Onun sözlərinə görə, bununla Ukrayna Təhlükəsizlik Xidməti onu öldürmək üçün əvvəlcədən bəhanə hazırlayır.
Qeyd edək ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti Marqarita Simonyana cinayət işi açıb.