Məni Milli Hərəkatın lideri kimi qeyd edirlər, lakin… – Mişa

Məni Milli Hərəkatın lideri kimi qeyd edirlər, lakin… – Mişa

Mən beynəlxalq səviyyədə qəbul edilən siyasi məhbusam. Mənim əlaqələrim məhduddur və belə bir vəziyyətdə çox istəsəm belə tam şəkildə partiya işlərini həyata keçirməyim ağılasığmazdır.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.

Saakaşvili bildirib ki, müxtəlif verilişlərdə VMH-nin lideri o olduğunu deyirlər, lakin partiyanın lideri Nika Meliyadır:

“Çox vaxt yox, amma bəzən kanallardakı siyasi proqramlara baxmağa vaxt ayırıram və onların arasında bir çox televiziya proqramları məni Milli Hərəkatın lideri kimi qeyd edir. Hər kəsə demək istərdim ki, Milli Hərəkatın bütöv bir liderlər dəstəsi var, o cümlədən demokratik yolla seçilmiş partiyanın sədri Nika Meliya. O, bu gün partiyanın əsas lideridir. Mənə gəlincə – beynəlxalq səviyyədə qəbul edilən siyasi məhbusam. Mənim əlaqələrim məhduddur və belə bir vəziyyətdə çox istəsəm belə tam şəkildə partiya işlərini həyata keçirməyim ağılasığmazdır. Üstəlik, mənim səhhətim də buna imkan vermir. Mən bu açıqlamanı verməyi zəruri hesab etdim”.

Teqlər: