Mənim mübarizəmi heç bir repressiya, hətta ölüm təhlükəsi belə dayandıra bilməz.
AzerTimes “Georgia Online” saytına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
Saakaşvili Gürcüstan hakimiyyətini onun müvafiq tibbi yardım ala biləcəyi AB ölkələrindən birinə köçürülməsinə dəstək verməyə çağıran Avropa Parlamentinin üzvlərinə təşəkkür edib:
“Mən Avropa Parlamentinin üzvlərinə böyük həmrəyliklərinə görə təşəkkür etmək istərdim. Görün rus hökumətinin danışan başçıları səhərdən burada necə əsəbiləşirlər. Heç bir repressiya, hətta ölüm təhlükəsi də mənim azadlıq, Avropa, Ukraynanın qələbəsi və Gürcüstanı inkişaf və uğur yoluna qaytarmaq uğrunda mübarizəmi dayandıra bilməz”, – Saakaşvili yazıb.