ABŞ Pakistan parlamentindəki müxalifət deputatlarını rüşvətlə alıb.
AzerTimes xəbər verir ki, bunu Pakistanın keçmiş baş naziri İmran Xan deyib.
Onun sözlərinə görə, Vaşinqton siyasətçilərə etimadsızlıq göstərmələri üçün bir milyon dollar ödəyib və bununla da o, hakimiyyətdən uzaqlaşdırılıb.
“ABŞ bu addımı mənim Rusiya Prezidenti Vladimir Putinlə fevralın 24-də keçirdiyim görüşə görə atıb. Moskvanın planları barədə heç nə bilmirdim və səfərin özü də dövlətin milli maraqları baxımından zəruri idi”, – Xan bildirib.