Rusiyalı məşhur müğənni, SSRİ xalq artisti Alla Puqaçova əri Maksim Qalkinə görə Ədliyyə Nazirliyinə müraciət edib.
AzerTimes xəbər verir ki, Puqaçova əri kimi onun da Rusiyanın xarici agentlər siyahısına salınmasını istədiyini deyib.
Sizdən xahiş edirəm, məni sevimli ölkəmin xarici agentləri siyahısına yazasınız. Çünki mən vətənə firavanlıq, dinc həyat, söz azadlığı arzulayan, illüziyalı məqsədlər üçün uşaqlarımızın ölümünə etiraz edən vicdanlı, ləyaqətli və səmimi insan, Rusiyanın əsl vətənpərvər olan ərimlə həmrəyəm”, – Puqaçova bildirib.
Qeyd edək ki, bir müddət öncə Maksim Qalkin Rusiya hökuməti tərəfindən xarici agentlər siyahısına salınmışdı.