Menendez ifşa olunur: biz də istifadə etməliyik

Menendez ifşa olunur: biz də istifadə etməliyik

Ermənipərəst senator və Konqresdə komitə sədri Robert Menendez o qədər acgöz olub ki, rüşvət müqabilində bir neçə dövlət və şirkət üçün qeyri-rəsmi lobbiçilik edib, onların lehinə fəaliyyət göstərib. Menendezin Misirlə bağlılığı aşkar olunandan sonra onun rüşvət müqabilində Qətərə də işlədiyi aşkarlanıb. Bu barədə Nyu Yorkun Cənub Dairə Məhkəməsi məlumat yayıb. Menendez rüşvət kimi puldan başqa avtomobil, bahalı qol saatları və daha nələr qəbul edib. Onun evində axtarış aparılarkən, polisin şkaflardan pulları və hədiyyələri toplamaq üçün xüsusi qrupa ehtiyacı olub.

Aar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu kiriminal olayda başqa məsələ müəmmalıdır:

“Menendez Misir və Qətərdən çox Ermənistanın və ermənilərin maraqları üçün var gücüylə çalışıb. Əlbəttə, bu dəstəkdə Menendezin ikinci xanımının erməni mənşəli olmasının rolu olub. Ancaq pulgir Menendezin erməni lobbisindən rüşvət almaması mümkün deyil. Menendez heç bir ölkəyə və millətə təmənnasız dəstək verən birisi deyil. Araşdırmalar hələ davam edir, məhkəmənin Menendezin ermənilərdən pul aldığını sübut edib-etməyəcəyini söyləmək çətindir. Menendezin ifşasında Amerikadakı imkanlarımızdan istifadə etməyə çalışmalıyıq. Onun rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki, digər konqresmenlər erməni lobbisinin pulu müqabilində Azərbaycan əleyhinə çalışarkən, ifşa oluna biləcəklərindən ehtiyat etsinlər”.

Teqlər: