Məni xalqıma qarşı informasiya müharibəsində iştirak etməkdə ittiham edirlər. Yaxşı, əgər erməni xalqının “dənizdən-dənizə Ermənistan”ın tərəfdarı olduğuna inansaq, mən belə yanaşmanın əleyhinəyəm, hətta müzakirə olunacaq bir şey də yoxdur. Mən həyatda real və qanuni addımların tərəfdarıyam. Müəyyən cəmiyyətə mənsub olmaq bu cəmiyyətin dünyagörüşünü bölüşməyi zəruri etmir, xüsusən də bu dünyagörüş reallıq hüdudlarını çox aşırsa.
AzerTimes xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan özünün Teleqram kanalında yazıb.
“Digər tərəfdən, mən əminəm ki, Ermənistanda böyük əksəriyyət sərhədlərinin qonşularının əraziləri hesabına genişləndirilməsinin əleyhinədir və “dənizdən dənizə” konsepsiyasını nəzərə almır. Əslində hökumət və dövlət özü belə bir konsepsiyaya əməl etmir. Ona görə də mən Ermənistan dövlətçiliyinin və ya Ermənistan vətəndaşlarının əleyhinə deyiləm. Mən faktor kimi Ermənistanı məhv etməyə çalışanların əleyhinə çıxış edirəm. Onlara qarşı, bəli, mən amansızam, amma bunlar bizim ümumi düşmənlərimizdir və mənim üçün düşmənlərin milliyyəti yoxdur”, – o bildirib.