İngiltərənin “Çelsi” klubunun və Seneqal yığmasının qapıçısı Eduard Mendi Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.
AzerTimes-ın məlumatına görə, mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.
Qeyd edək ki, E.Mendinin 29 yaşı var. O, ötən mövsüm İngiltərə Premyer Liqası çərçivəsində “Çelsi”nin heyətində 31 oyuna çıxıb və 25 qol buraxıb.
Çempionlar Liqasında seneqallı qapıçı 12 oyunda iştirak edib və 3 qol buraxıb.