Mən Olimpiya çempionu olmağı arzulayıram – Bədii gimnastika üzrə Bakı birinciliyinin qızıl medalçısı

Mən Olimpiya çempionu olmağı arzulayıram.

Bunu Trend
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin qızıl medalçısı, “Ocaq Sport” klubunu təmsil edən Nərgiz Əliyeva deyib.

“Qazandığım medala görə çox şadam. Çıxışdan qabaq çox
həyəcanlanırdım, amma xalçaya çıxanda həyəcan keçdi və mən
proqramımı yaxşı icra etdim. Yarışlara hazırlıq çətin idi, amma mən
öhdəsindən gəldim”, – deyə gimnast bildirib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: