Türkiyənin məşhur aktyoru Oqtay Qaynarca “Mən bu cahana sığmazam” serialı final etdikdən sonra yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
AzerTimes xəbər verir ki, aktyor Türkiyənin ATV telekanalında yayımlanacaq “Alan” yarışma verilişinin aparıcısı olacaq.
Qeyd edək ki, verilişdə ən böyük pul mükafatı 1 milyon lirədir (52 min 798 manat).