Məmur oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxundu

Məmur oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub.

AzerTimes Unikal-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “Kamaz” markalı yük avtomaşınının sürücüsü Firdovsi Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişən şəxslər Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri olub.

Qeyd edək ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99 XD 495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Sevgi Arzu qızı Rəsulova və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Elvin Şahin oğlu Əzizli hadisə yerində vəfat edib.

E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.

Teqlər: