Böyük məmnuniyyətlə Antarktidaya səfər edərdim.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Antarktika ekspedisiyalarının iştirakçıları və alimləri ilə görüşü zamanı deyib.
“Böyük məmnuniyyətlə planetimizin bu qütbünü ziyarət edərdim. Bəlkə nə vaxtsa orda görüşərik”, – o bildirib.
Prezident qeyd edib ki, ona alimlərin elmi inkişafları və qütb tədqiqatçılarının şəxsi təəssüratını eşitmək maraqlıdır:
“Region sərtdir, iş asan deyil, uzun müddətdir evdən uzaqdasan. Düşünürəm ki, danışmağa çox sözünüz var”.