Məmmədzadə Avropa birinciliyində qızıl qazandı

Məmmədzadə Avropa birinciliyində qızıl qazandı

Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

AzerTimes xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də olub.

Körpücük üzərinə son olaraq Məhəmmədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Məhəmmədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.

Teqlər: