Bu il keçiriləcək “Grand Chess Tour“ seriyasının turnirlərinə Azərbaycanın qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da dəvət alıblar.
Yenicag.az xəbər verir ki, seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində avqustun 9-16-da və 16-28-də baş tutacaq.
Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.
www.yenicag.az