Nazir Nyu-Yorka səfərə yollandı

Nazir Nyu-Yorka səfərə yollandı

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT-na üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər əsnasında Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.