Məmmədovun məhkəməsində ittiham aktı elan edildi

Məmmədovun məhkəməsində ittiham aktı elan edildi

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzerTimes verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edilib.

İttihamda bildirilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib. Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə; başqa şəxslərin adına şirkətlər yaratmaqda; “Baku Steel Company”in mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda; “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur. İttiham aktına görə, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. Buna görə Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.

Təqsirləndirilən şəxs isə ittiham aktını qəbul etməyib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin olunub.

Teqlər: