Məmmədova FİFA-da vəzifə verildi: ruslar sevindi – Foto

Məmmədova FİFA-da vəzifə verildi: ruslar sevindi – Foto

Bir neçə gün öncə AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun FİFA-da yeni vəzifə alması barədə məlumat vermişdik. Funksioner noyabrın 1-dən qurumda Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu məlumat Rusiya mətbuatında böyük səs-küy doğurub. Həmkarlarımız bu informasiyanı böyük sevinclə çatdırıblar.

Buna səbəb Elxan Məmmədovun Rusiyanın futbola qayıtması tərəfdarı olan azsaylı FİFA rəsmilərindən biri olmasıdır. Belə ki, 2022-ci ilin mayında Rusiya Futbol İttifaqının konfransında Məmmədov ölkə futbolunun tezliklə beynəlxalq arenaya qayıtmasına ümid etdiyini bildirib. Bu da rusları ümidləndirib.

Başqa bir maraqlı məqam isə rusiyalı həmkarlarımızın Elxan Məmmədovu adaşı və həmsoyadı cüdomuzun əfsanəsi Elxan Məmmədovla səhv salmaları olub.

Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA və UEFA bütün Rusiya milli komandaları və klublarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Xatırladaq ki, Məmmədov 2022-ci ilin aprelindən FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışır.

Teqlər: