Memarlıq fakültəsinin tələbələrinə sertifikatlar və diplomlar verilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq
fakültəsinin tələbələri bu gün Memarlıq, inşaat elminə və tədrisin
inkişafına yardım xeyriyyə fondunun keçirdiyi “Qarabağ bölgəsinin
tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar
tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi
çərçivəsində sertifikatlar və diplomlarla təltif olunublar.

Münsiflər Heyətinin qərarına əsasən, Şuşa layihəsi üzrə Sevinc
Məmmədova 1, Elmira Mahmudova 2, Ömər Məmmədov 3-cü yerin qalibi
olub. Ağdam layihəsi üzrə 1-ci yeri Qəmər Mehdizadə qazanıb. Minə
Yusublu 2-ci, Əsmər Ramazanlı isə 3-cü yerə layiq görülüblər.
Fondun icraçı direktoru Orxan Naqdiyev, universitetin Memarlıq
konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə
Hacıyeva qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıblar.

Məlumat üçün qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq
abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında
maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi gənc
memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri
haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması
və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin
artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən
maarifləndirmə tədbirlərinin təşkilidir.

Teqlər: