“Memar Əcəmi” yaxınlığındakı biabırçılıq aradan qaldırıldı

“Memar Əcəmi” yaxınlığındakı biabırçılıq aradan qaldırıldı

Paytaxtın Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

AzerTimes Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, həmin ərazidə mövcud olan sanitar-epidemioloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib:

“Buna baxmayaraq, hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədilə vətəndaşların müraciətləri nəzarətə götürülüb”.

Teqlər: