Məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi qüvvədə saxlanılır – DİN

Xəbər - Samir Əli – Trend:

Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən
iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam
etdirilir.

Bunu AzerTimes-a
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi,
polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi deyib ki, bu sahədə sui-istifadə hallarının
qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya
müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları –
mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış
“icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə
saxlanılır.

Teqlər: