Məlumat almışam ki, dekabrın 1-də Ukraynada çevriliş olacaq – Zelenski

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə dövlət çevrilişi olacağı barədə məlumat əldə etdiyini bildirib.

AzerTimes-in məlumatına görə, V.Zelenski bunu Kiyevdə mətbuat konfransı zamanı deyib.


“Dövlətimiz üçün ciddi çağırışlar var, bunu hətta digər ölkələrin kəşfiyyatları da qeydə alır. Mən, məsələn, məlumat almışam ki, dekabrın 1-də dövlət çevriliş olacaq. Mənə elə gəlir ki, bu, vacib məlumatdır. Dekabrın 1-2-i gözlənilir”, – deyə Ukrayna prezidenti bildirib.