Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır.
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi” ilə bağlı hesabatında deyib.
O bildirib ki, keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşməyib və saxta ittihamnamələri araşdırmayıb.