Melonini ələ salan jurnalist cərimələndi

Melonini ələ salan jurnalist cərimələndi

İtaliyada jurnalist Culiya Kortizi ölkənin Baş naziri Corciya Melonini sosial şəbəkədə ələ saldığı üçün 5 min avro təzminat ödəməyə məhkum edilib.

AzerTimes xəbər verir ki, bu barədə Milan məhkəməsi qərar qəbul edib.

Kortes həmçinin 2021-ci ilin oktyabrında da Meloninin boyunu ələ saldığına görə 1200 avro cərimə olunmuşdu.

“Mən səndən heç qorxmuram. Axı sən cəmi 4 fut (120 sm) hündürlüyündəsən. Mən heç səni görmürəm”, – Kortes sözügedən paylaşımda yazmışdı.

Teqlər: