Melnik “incimiş kolbasa”dan üzr istəyəcək

Melnik “incimiş kolbasa”dan üzr istəyəcək

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “incimiş kolbasa” sözünə görə Olaf Şoltsdan üzr istəmək niyyətindədir.

AzerTimes xəbər verir ki, Melnik bunu “Bild”ə açıqlamasında deyib.

“Artıq demişəm ki, bu ifadə o qədər də uyğun deyildi. Getməzdən əvvəl kansler məni qəbul edərsə, şəxsən üzr istəməyə hazıram. Mən artıq görüş tələb etmişəm, ondan üzr istəyəcəyəm”, – Melnik bildirib.

Onun sözlərinə görə, kanslerlə görüş tələbinə alman hökumətindən hələ cavab verilməyib.

Qeyd edək ki, Ukraynanın Berlindəki səfiri Andrey Melnik kansler Olaf Şoltsun ünvanına “incimiş kolbasa” ifadəsi işlətmişdi. Sonradan Melnik bu ifadəsinə görə heç vaxt Şoltsdan üzr istəməyəcəyini bildirmişdi.

Teqlər: