Melitopolun meri 9 rus əsgəri ilə dəyişdirilib

Ukraynanın Melitopol şəhərinin meri İvan Fyodorov 2002-2003-cü
il təvəllüdlü 9 rusiyalı müddətli hərbi qulluqçu ilə
dəyişdirilib.

AzerTimes-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Ofisinin
rəhbərinin mətbuat katibi Darya Zarivnaya bildirib.

Onun sözlərinə görə, “onlar faktiki olaraq uşaqdırlar. Rusiya
Federasiyası Müdafiə Nazirliyinin sözlərinə görə, Ukraynada olmayan
çağırışçılardırlar”.

Mətbuat katibi əlavə edib, İ.Fyodorob Ukrayna Prezidenti
Volodimir Zelenski ilə danışıb və ən qısa zamanda vəzifəsinin
icrasına qayıdacağına söz verib.