Məlikov terrorun baş verdiyi Dərbəndə gəldi – Video

Məlikov terrorun baş verdiyi Dərbəndə gəldi – Video

Dağıstan rəhbəri Sergey Məlikov dünən terror aksiyasının baş verdiyi Dərbənd şəhərinə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Məlikov terror aktlarının baş verdiyi sinaqoq və kilsəyə baxış keçirib.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində ən azı 17 polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Teqlər: