Məliki İlham Əliyevə zəng etdi

Məliki İlham Əliyevə zəng etdi

Dekabrın 24-də İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Məliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzerTimes xəbər verir ki, Səlim bin Məhəmməd əl-Məliki dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə İSESKO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında Azərbaycanla İSESKO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Dövlətimizin başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı İSESKO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Səlim bin Məhəmməd əl-Məlikinin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərə görə də bir daha minnətdarlığını bildirib.

Dövlətimizin başçısı və İSESKO-nun Baş direktoru əməkdaşlığın bundan sonra da genişlənlənəcəyinə əminliklərini ifadə ediblər.

Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevi İSESKO-nun mənzil-qərargahına səfərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti minnətdarlıqla qəbul edib və öz növbəsində Səlim bin Məhəmməd əl-Məlikini ölkəmizə səfərə dəvət edib.

İSESKO-nun Baş direktoru dəvəti məmnunluqla qəbul edib və təşəkkürünü bildirib.

Teqlər: