Melaniya Tramp əri Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra çox güman ki, Ağ Evdə daimi yaşamayacaq.
AzerTimes xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Melaniya Tramp ərinin birinci müddətində olduğu kimi, öz vəzifələrini yerinə yetirərkən müstəqilliyini daha çox saxlamaq niyyətindədir.
Bildirilib ki, onun ilk qərarlarından biri Ağ Evdə hazırkı birinci xanım Cill Baydenlə ənənəvi simvolik görüşdə iştirak etmək istəməməsi olub. Trampın komandasının üzvləri bunu Melaniyanın kitabının təbliği ilə məşğul olması ilə izah ediblər.
CNN Melaniya Trampın vaxtının çoxunu Nyu York və Florida ştatındakı Palm-Biçdə keçirəcəyini qeyd edib.