Meladze ilə bağlı durum ciddiləşir: Vətəndaşlıqdan çıxarılsın!

Meladze ilə bağlı durum ciddiləşir: Vətəndaşlıqdan çıxarılsın!

Müğənni Valeriya Meladze Rusiya vətəndaşlığından çıxarılmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı senator, Dövlət Dumasının Beynəlxalq Əlaqələr üzrə komitəsinin üzvü Yelena Afanasyeva deyib.

“Buna görə, Meladzenin titulları ləğv edilməli deyil, vətəndaşlıqdan çıxarılmalıdır”, – deyə o bildirib.

Bundan öncə isə “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov Meladzeni təltiflərindən məhrum etməyə çağırış etmişdi.

Qeyd edək ki, Meladze Dubaydakı konsertində Ukraynaya dəstək nümayiş etdirərək məşhur “Slava Ukraini” şüarını səsləndirmişdi.

Teqlər: