“Məktəblinin dostu” layihəsi 226 müəssisədə fəaliyyət göstərir

Xəbər - Çingiz Səfərli – Trend:

“Məktəblinin dostu” layihəsi 226 müəssisədə fəaliyyət göstərir.

AzerTimes xəbər verir ki, bunu təhsil nazirinin müşaviri, layihənin rəhbəri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, belə ki, layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsini əhatə edir.

“400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır” – o, bildirib.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ildə təsis edilib.

Yaşı 21-30 aralığında olan, Azərbaycan Respublikasının vətəndaşı istənilən ali təhsilli şəxs “məktəblinin dostu” olmaq üçün müraciət edə bilər. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Teqlər: