Məktəblilər narkomaniyaya qarşı maarifləndiriliblər (FOTO)

Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Narkomaniyaya
yox deyək!” adlı tədbir keçirilib.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin
həkim-infeksionisti Emilya Şahbazova narkotik istifadəçiləri
arasında geniş yayılan İnsanın İmmun Çatışmazlığı Virusu (İİV)
infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında
məlumat veriblər.

Tədbirdə çıxış edənlər nakomaniyanın acı fəsadlarından, narkotik
təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə
faciələrindən söhbət açıb. Bəşəriyyətin ən böyük bəlalarından
sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyan, törətdiyi
fəsadlarla bağlı öz fikirlərini səsləndiriblər.

Sonda şagirdlərin maraqlandıran suallar cavablandırılıb.

Teqlər: