Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibətilə A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyinin
rəhbərliyi və müəllim heyətinin iştirakı ilə şagirdlərin Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının
“Şöhrət” muzeyinə ekskursiyası olub.
Trend xəbər verir ki, məktəblilər əvvəlcə Ulu Öndər Heydər
Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül
dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər
Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və
eksponatlarla tanış olublar. “Şöhrət” muzeyinin eksponat və
stendlərində olan unikal sənədlər, arxiv materialları Heydər
Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu,
xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o
cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında
məlumatları əks etdirir.
Məktəblilər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər
söyləyib. “Şöhrət” muzeyinin Ulu Öndərin xatirəsinin
əbədiləşdirilməsi, dahi şəxsiyyətin peşəkarlıq irsinin, həyat və
fəaliyyətinin öyrənilməsi, onun gələcək nəsillərə çatdırılmasında
müstnəsna rolunu qeyd edən 20 nömrəli məktəb-liseyin direktoru
Esmira Ağayeva məktəblilər üçün yaradılmış şəraitə görə DTX-nin
rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.
Qeyd edək ki, DTX-nin Heydər Əliyev adına Akademiyasının
“Şöhrət” muzeyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart
ayının 27-də Akademiyaya səfəri zamanı istifadəyə verilib