Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin
ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol
verilməyəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının “Ümumi təhsil
haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində
təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən
olunan geyim formaları tətbiq edilir.
“Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş
geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin
hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris
ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Yeni geyim
formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil
müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Beləliklə,
məktəblər bir tədris ili ərzində yeni geyim formalarına tədricən
keçəcəklər”,- deyə bildirilib.